59 nəfərin qatilinin qardaşı - Səhər tezdən ağlayıram - VİDEO - FOTO
Maraqlı
4 Oktyabr 2017 12:54

59 nəfərin qatilinin qardaşı - Səhər tezdən ağlayıram - VİDEO - FOTO


Niyə belə etdiyini bilmirəm. Ümid edirəm ki, onun beynində şiş tapılar.

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalına yığışan insanları atəşə tutan, 59 nəfəri öldürən, 527 nəfəri yaralayan Stiven Peddokun qardaşı Erik Peddok jurnalistlərin qarşısında ağlayaraq belə deyib.

Milli.Az ABC-yə istinaən bildirir ki, Erik Peddokun dediyinə görə, qardaşının beynində şiş tapılacağına və məhz bu şişin fəsadı olaraq onun günahsız insanlara atəş açdığının müəyyənləşəcəyinə ümid edir.

ABŞ-ın Florida ştatınhdakı evinin qarşısında jurnalistlərin suallarını cavablayarkən E.Peddok deyib: "Qardaşım normal insan idi. Onun niyə belə etdiyini bilmirəm. İnsanların ölümü ürəyimi parçalayıb. Səhər tezdən ağlayıram. Nə edəcəyimi, nə deyəcəyimi bilmirəm. Bütün ailəmiz, qohumlarımız şokdadır".

"Mandalay Bay" otelinin nömrəsində 23 avtomat və yarıavtomat tüfəngi, minlərlə patronu olan S.Peddok "Route 91 Harvest" musiqi festivalına yığışanları atəşə tutmuşdu. Gülləbaranda 59 nəfər həlak olub, 527 nəfər yaralanıb.

S.Peddokun silahlarını 20 il ərzində topladığı da müəyyənləşib.

Polis əməkdaşları nömrənin qapısını sındıraraq içəri girənədək S.Peddok intihar edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

59 nəfərin qatilinin qardaşı - Səhər tezdən ağlayıram






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...