"Bunlar 20 manata üzə duranlardır" - "Lotu Quli"nin kirvəsi
Digər
4 Oktyabr 2017 13:05

"Bunlar 20 manata üzə duranlardır" - "Lotu Quli"nin kirvəsi


 

 

 

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Alllahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rafiq Bayramov ifadə verib. O, Məhəbbət Namazovun qohumu olduğunu bildirib və qeyd edib ki, Məhəbbət Namaovgilin evində axtarış aparılarkən orada olub. Şahid polis əməldaşlarının evdən silah və patron götürdüklərini deyib: "Biz evin zalında idik. Polislər əlində silah və bıçaq gətirdi. Bir də maşın nömrələri. Amma haradan gətirdiklərini, evdən götürdüklərini görməmişəm".

 

 

Sualları cavablandıran şahid söyləyib ki, polislər evi axtaran zaman onlarla birlikdə otaqlara getməyiblər: "Biz zalda gözlədik. Onlar özləri gətirdilər".

 

 

R.Bayramov qohumu M.Namazovun hərdən maşın alveri ilə məşğul olduğunu, heç vaxt narkotikdən istifadə etmədiyini deyib. Bələdiyyə üzvü olan şahid M.Namazovu uşaqlığından tanıdığını, onun nə zamansa narkotik istifadəçisi olması haqda eşitmədiyini bildirib.

 

 

Daha bir şahid Elman İsayev də məhkəmə dindirilib. O, Məhəbbət Namazovun avtomobilinə baxış keçirilən zaman hal şahidi kimi iştirak etdiyini deyib. Bildirib ki, maşından patron götürüldüyünü görüb. Məhəbbət Namazov isə hal şahidlərinə sual vermək istəmədiyini deyib. Bildirib ki, bu şahidlər 20 manat alaraq üzə duran şəxslərdir. Məhkəmədə fasilə elan olunub.

 

 

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub. Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb. Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...