Azarkeşlərə Bakı Olimpiya Stadionuna avtomobillə gəlməyə icazə verildi
İdman
4 Oktyabr 2017 13:07

Azarkeşlərə Bakı Olimpiya Stadionuna avtomobillə gəlməyə icazə verildi


Bakı. Trend:

Azarkeşlərə Bakı Olimpiya Stadionuna avtomobillə gəlməyə icazə verilib.

Trend AFFA-ya istinadən məlumat verir ki, DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 5-i saat 20.00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə stadionun ərazisində yerləşən avtomobil parkından istifadəyə şərait yaradılacaq.

Belə ki, qarşılaşmanı izləmək üçün stadiona şəxsi nəqliyyat vasitəsi ilə gələcək azarkeşlər avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqdan istifadə edə biləcəklər.

Qeyd edək ki, bundan əvvəl, sentyabrın 27-də "Qarabağ" - "Roma" oyunu zamanı azarkeşlərin şəxsi avtomobillə Bakı Olimpiya Stadionuna gəlməsinə icazə verilməmişdi.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...