Məşhur aktrisadan şok etiraf: 16 yaşım olanda məni o zorladı - FOTO
Maraqlı
4 Oktyabr 2017 13:14

Məşhur aktrisadan şok etiraf: 16 yaşım olanda məni o zorladı - FOTO


Dünyanın ən populyar kinorejissorlarından biri, 84 yaşlı Roman Polanski növbəti dəfə təcavüzdə suçlanıb.

Milli.Az European-a istinadən bildirir ki, 61 yaşlı alman aktrisa Renate Lanqerin dediyinə görə, 15 yaşı olanda R.Polanskinin təcavüzünə məruz qalıb.

"Bu hadisə 1972-ci ildə baş verib. Polanski valideynlərimdən razılıq alaraq məni İsveçrədəki evinə dəvət etmişdi. Filmlərindən birində çəkiləcəyimi demişdi. Məni zorladı, sonra üzr istədi və çəkilişləri Romada aparılan filmində rol verəcəyini dedi. Romada, qaldığım evdə məni ikinci dəfə zorladı. O zaman valideynlərimin xəbər tutmamaları üçün susdum. İndi danışıram", - R.Lanqer söyləyib.

R.Lanqer rejissoru təcavüzdə suçlayan 4-cü qadındır. Aktrisa İsveçrə polisinə müraciət edib. İsveçrədə R.Polanskiyə qarşı cinayət işi qaldırıla bilər.

1977-ci ildə R.Polanski 13 yaşlı amerikalı Samanta Qeymeri zorlamaqda suçlanmışdı. Rejissor ittihamları qəbul etmiş, amma sonra ABŞ-dan Polşaya qaçmışdı.

2009-cu ilin sentyabrında Roman Polanski Sürixdəki beynəlxalq kinofestivalda həbs olunmuş, 4,5 milyon dolların müqabilində pullu zaminə buraxılmışdı.

ABŞ Polşadan R.Polanskinin ekstradisiyasını tələb edir.

Milli.Az






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...