İqor Ponomaryov Rəşad Sadıqovun Azərbaycan millisindəki debüt oyununu xatırlayıb
İdman
4 Oktyabr 2017 13:16

İqor Ponomaryov Rəşad Sadıqovun Azərbaycan millisindəki debüt oyununu xatırlayıb


Bakı. 4 oktyabr. REPORT.AZ/ “2002-ci il dünya çempionatının seçmə mərhələsində son oyunumuzu səfərdə İsveç yığmasına qarşı keçirirdik. Nəticə bizim üçün heç bir əhəmiyyəti daşımırdı. Həmin vaxt Rəşad Sadıqov gənc və perspektivli idi”. 
Bunu “Report”a açıqlamasında futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov Rəşad Sadıqovun yığmadakı debütünü xatırlayarkən deyib. 57 yaşlı mütəxəssis 2001-ci il oktyabrın 7-də, 2002-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsveç yığmasına qarşı Stokholmda baş tutmuş görüşdə “siftə” edən Sadıqovun işinin öhdəsindən əla gəldiyini söyləyib. O, deyib ki, komanda həmin vaxt 0:3 hesabı ilə uduzsa da, məqsəd gənc futbolçulara U-21 yığmasından fərqli futbol hiss etmə şansı qazandırmaq olub: “Əsas olan onların qorxub-sıxılmamaları, layiqli və yaxşı oynamaları idi. Əminliklə deyə bilərəm ki, Stokholmdakı görüşdə ilk dəfə şans verdiyimiz Rəşad Sadıqovla Ramal Hüseynov əla oynadılar. İndi isə Sadıqova məşqçilik karyerasında uğurlar arzulayıram”.
Qeyd edək ki, Rəşad Sadıqov oktyabrın 5-də 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya yığmasına qarşı Bakıda keçiriləcək oyunda sonuncu dəfə Azərbaycan millisinin formasını geyinəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...