Türkiyədən Qarabağ XƏBƏRDARLIĞI
Digər
4 Oktyabr 2017 13:28

Türkiyədən Qarabağ XƏBƏRDARLIĞI


Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən türk vətəndaşlara xəbərdarlıq edib.

Publika.az
xəbər verir ki, Türkiyə XİN vətəndaşlarının bu səfərini qanunazidd adlandırıb.

“29 sentyabr 2017-ci il tarixli bəyanatda da bildirildiyi kimi, Türkiyə Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün 25 ildir azərbaycanlı qardaşları ilə birgə hərəkət edir. Bu baxımdan, işğal altında olan Azərbaycan bölgələrinə Azərbaycanın rəsmi icazəsi olmadan səfər edilməsi beynəlxalq hüquqa və Azərbaycan qanunlarına ziddir. Həmçinin, işğal altındakı bölgələrə gedən vətəndaşlarımıza lazım olduğu təqdirdə konsulluq mühafizəsinin təmin edilməsinin mümkün olmadığı üçün bu bölgələrə səyahət etmək təhlükəlidir”, - deyə Türkiyə XİN-in bəyanatında bildirilir.

Qeyd edək ki, Türkiyə vətəndaşları – HDP-nin keçmiş İstanbul millət vəkili Ufuk Uras, yazar Sait Çetinoğlu, jurnalistlər Əli Bayramoğlu və Erol Katırcıoğlu Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Türkiyə vətəndaşları Qarabağda Ankara və Bakıya qarşı siyasi ittihamlar da səsləndirib.

Asif

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...