UNESCO baş direktoru vəzifəsinə ilk səsvermənin vaxtı müəyyənləşdi
Dünya
4 Oktyabr 2017 13:34

UNESCO baş direktoru vəzifəsinə ilk səsvermənin vaxtı müəyyənləşdi


UNESCO-da baş direktor vəzifəsinə namizədlərin ilkin səsverməsi oktyabrın 9-da keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qurumun İdarə heyətinin oktyabrın 4-18-də keçiriləcək 202-ci sessiyası çərçivəsində oktyabrın 9-da günorta plenar iclasının sonunda ilkin gizli səsvermə aparılacaq.
 
Əgər tələb olunan səs çoxluğu əldə edilməsə, gizlin səsvermə oktyabrın 10, 11 və 12-də eyni qaydada davam edəcək. Əgər sonuncu gün də tələb olunan səs çoxluğu əldə edilməsə, oktyabrın 13-də ən çox səs toplamış iki namizəd seçilərək müsabiqə onların arasında aparılacaq və yekun namizəd seçiləcək.
 
Baş direktorun namizədliyi İdarə Heyəti tərəfindən Baş Konfransa göndəriləcək və yeni baş direktor Baş Konfrans tərəfindən təyin olunacaq. UNESCO Baş Konfransının 39-cu sessiyası oktyabrın 30-dan noyabrın 14-dək Parisdə keçiriləcək.
 
Qeyd edək ki, baş direktor 4 il müddətinə seçilir. Onun vəzifəsi daha 4 il uzadıla bilər.
 
Azərbaycanın UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur. Digər 8 namizədlər Vyetnamdan Fam Sanh Çau, Misirdən Mouşira Xattab, Qətərdən Hamad bin Əbdüləziz Əl-Kavari, Çindən Qian TANG, Qvatameladan Xuan Alfonso Fuentes Soria, İraqdan Saleh Əl-Həsnəvi, Livandan Vera Əl-Xouri Lacoeuilhe və Fransadan Odri Azulaydır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...