"Microsoft"un bulud hesablarına kiberhücumların sayı artıb
Texnologiya
4 Oktyabr 2017 13:36

"Microsoft"un bulud hesablarına kiberhücumların sayı artıb


Bakı. 4 oktyabr. REPORT.AZ/ Şirkətlərin bulud texnologiyalarına keçdikcə hesablara olan hücumların sayı və mürəkkəbliyi artıb. “Microsoft”un hücuma məruz qalmış bulud hesablarının sayı il ərzində 300% artıb (2016-cı ilin I rübü-2017-ci ilin II rübü). Zərərli İP-ünvanlardan daxiloma cəhdlərinin sayı isə 44% çoxalıb (2017-ci ilin I rübünə olan məlumatlar).
"Microsoft"dan "Report"a daxil olan məlumata görə, bu, şirkətin kibertəhlükəsizliyin aktual problemlərinə dair ən yeni məlumatları əks etdirən “Security Intelligence” hesabatında qeyd edilib.
Belə ki, bu ilin I rübündə “Azure” servislərinə daxil olan hücumların ⅔ hissəsindən çoxu Çin və ABŞ-ın İP-ünvanlarının payına düşür (müvafiq olaraq 35,1% və 32,5%). Üçüncü yerdə C.Koreya, ondan sonra isə daha 116 ölkə və region qərarlaşıb. Cinayətkarlar istifadəçinin oğurlanmış məlumatlarını işlədərək bulud hesabına daxil ola bilirlər. Bununla belə, hücumların əksəriyyəti etibarsız parollar və onların səhv idarə olunmasının nəticəsidir.
Ən çox yayılan kibertəhdidlər arasında gizli yükləmələrə malik olan saytlardır, yəni, tərkibində zərərli kod olan veb-saytlar. Sözügedən saytlara keçərkən zəif müdafiə olunan internet bələdçisi olan kompüterlər virusa yoluxa bilər. Bundan başqa, kopmüterdə vacib faylları təcrid edən və istifadəçi tərəfindən müəyyən məbləğ ödənilməyənədək daxilolmanın qarşısını alan şifrələyici proqramlar da (“ransomware”) təhlükəli sayılır. Şifrələyici proqramlar iri şirkətlərin fəaliyyətini pozur, dünya üzrə minlərlə kompüteri iflic edir. Əsasən onlar Avropa ölkələrinə toxunub: yoluxma üzrə ən yüksək reytinq Çexiya, İtaliya, Macarıstan, İspaniya, Rumıniya və Xorvatiya nümayiş etdirib.
Qeyd edək ki, “Microsoft”un 2017-ci ilin I rübü üzrə dərc olunan hesabatının yeni cildində 100-dən çox ölkə və regionda aktual olan kibertəhdidlər barədə məlumat əksini tapıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...