Venesuela OPEC+ ölkələrini yeni qiymət mexanizmi hazırlamağa çağırıb
İqtisadiyyat
4 Oktyabr 2017 13:41

Venesuela OPEC+ ölkələrini yeni qiymət mexanizmi hazırlamağa çağırıb


Bakı. 4 oktyabr. REPORT.AZ/ Venesuela Prezidenti Nikolas Maduro OPEC+ ölkələrini neft bazarında qiymətləri tənzimləmək üçün valyuta səbətindən istifadə etməyə çağırıb. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə N.Maduro Rusiyada keçirilən energetika həftəsində açıqlama verib.
Onun fikrincə, OPEC+ ölkələri spekulyantlardan asılı olmamaq üçün neft qiymətlərinin formalaşmasında yeni mexanizmlərdən istifadə etməlidir: "Rusiya, İran, S.Ərəbistanı, Əlcəzair və Venesuela demək olar ki, hər gün neft bazarını birgə təhlil edir. Həmçinin, neft qiymətlərinin gələcəyi üçün yeni mexanizm imkanlarını da araşdırırıq. Əvvəllər OPEC çərçivəsində belə bir hadisə olmayıb. Neft bazarını idarə etmək üçün yeni mexanizmlərin işlənib hazırlanması zərurirəti yaranıb. Bu mexanizm, neft fyuçersləri ilə spekulyasiyaların qarşısını almaq üçün vacibdir".
N.Maduro əlavə edib ki, Venesuela neft satışında valyuta səbətini tətbiq etməyə başlayıb: "Bu səbətdə yuan, rubl, avro və dollardan istifadə olunur. Valyuta səbəti bazarda yeni parametrlərin tətbiqinə imkan yaradır".

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...