""Sunka"nın içində mənə aid heç nə yox idi" - 12 minlik oğurluq edən şəxs - VİDEO - FOTO
Ölkə
4 Oktyabr 2017 13:44

""Sunka"nın içində mənə aid heç nə yox idi" - 12 minlik oğurluq edən şəxs - VİDEO - FOTO


Alla Nukradze adlı şəxs polisə müraciət edərək Binəqədi rayonu ərazisində ona məxsus "Toyota" markalı avtomobilin şüşəsini sındırmaq yolu ilə 12 min manat dəyərində kosmetoloji avadanlıqların oğurlandığını bildirib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən Araz Əmiraslanov saxlanılıb.

Onun idarə etdiyi "Mercedes" markalı avtomobilin yük yerinə baxış zamanı oğurladığı əşyalar aşkar olunaraq götürülüb.

Araz Əmiraslanov - saxlanılan şəxs: "Gecə gedirdim, gördüm maşın dayanıb, içinə baxdım, çanta gördüm. Daşı götürüb vurdum, sındırdım şüşəsini. Çantanı götürüb getdim. Baxdım gördüm ki, içində mənə aid olan heç nə yoxdur, iynə-dərmandır. Sədərək yolunda məni tutdular".

Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun bu ilin sentyabr ayı ərzində Binəqədi rayonu ərazisində daha 13 nəqliyyat vasitəsinin şüşəsini sındıraraq mobil telefon, pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda çanta oğrusu saxlanıldı



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...