Rusiyada növbəti TERROR HƏYƏCANI - Nazirliklər boşaldıldı
Dünya
4 Oktyabr 2017 14:03

Rusiyada növbəti TERROR HƏYƏCANI - Nazirliklər boşaldıldı


Rusiyada “telefon terror”u çərçivəsində növbəti xəbərdarlıq edilib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Samara şəhərində universitet bomba haqqında xəbərə görə təxliyyə edilib.

Ali məktəbin əsas korpusuna Fövqəladə Hallar Hazirliyinin (FHN) əməkdaşları, xilasedicilər, polislər və həkimlər göndərilib. İstehkamçılar hazırda universitetin 3 saylı korpusunu yoxlayırlar.

Xatırladaq, 2017-ci ilin 11 sentyabrından bütün Rusiya üzrə minlərlə obyekt - inzibati binalar, ali və orta məktəblər və ticarət mərkəzləri “minalanıb”. Yalnız Stavropolda binalara partlayıcı qurğuların yerləşdirildiyi barədə zənglərin sayı 300-dən çox idi. Ümumilikdə, Rusiyanın 11 regionunda binalar “minalanıb”. Telefon terrorçuları hətta Çeçenistan Respublikasına qədər çatıblar. “Telefon terror”unun başlandığı 11 sentyabrda bir gün ərzində binaların minalanması barədə 242 anonim zəng edilib. Onlarla Rusiya şəhərinin anonim “minalaması” yeni texnologiyaların sayəsində mümkün olub.

Zənglər barəsində ən müxtəlif versiyalar səslənirdi: Ukraynanın “kiber müharibəsi”ndən psixi problemləri olan insanların zənginə qədər.

Rusiya KİV-i bir neçə gün əvvəl ölkədə telefon terrorizmi dalğasının təşkilində əsas şübhəlinin adını yazıb.

Bomba xəbərdarlığı həmçinin Rusiyanın Çelyabinsk vilayətində də edilib. Anonim zəngdən sonra yerli hökumət binası, eləcə də bir sıra regional nazirliklər təxliyə edilib. Məlumatda qeyd olunur ki, təxliyə olunan binalarda Təhsil və Elm, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət Nazirlikləri yerləşir.

Təxliyədən sonra binalarda axtarışlar aparılıb.

Deputatlığa namizəd terrorçuya necə çevrildi? - Ölkəni “minalayanın" ADI AÇIQLANDI

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...