Yağış vaxtı tıxac olanda polis nə edir? - Açıqlama
Ölkə
4 Oktyabr 2017 14:14

Yağış vaxtı tıxac olanda polis nə edir? - Açıqlama


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov yağışlı hava şəraiti ilə əlaqədar hazırda yollarda müşahidə edilən vəziyyətdən danışıb.  

Milli.Az xəbər verir ki, o qafqazinfo-ya açıqlamasında bildirib ki, son günlər yağışın yağması yollarda müəyyən problemlər yaradıb: "Küçələrdə yağış sularının yaratdığı problemlər və bəzi texniki vasitələrdə, yəni svetaforlarda yaranan texniki nasazlıq müəyyən istiqamətlər üzrə nəqliyyat axınında sıxlıq yaradıb. Yağmurlu hava şəraitində sürücülər minimum sürət həddini seçir. Bununla əlaqədar süni sıxlıq yaşanır. Hər halda əməkdaşlarımız tərəfindən  görülmüş tədbirlər nəticəsində bütün istiqamətlər üzrə hərəkət təşkil olunub. Eyni zamanda, sürücülərə xəbərdarlıqlar edilib. 

Bir daha sürücülərə müraciət edirəm ki, yağış yağarkən müəyyən texniki vasitələrdə nasazlıq yarandığı zaman daha diqqətli olsunlar. Yolayrıcılarının keçmə qaydalarının tələblərinə daha düzgün riayət etsinlər. Yəni svetafor işləmirsə, o yol artıq nizamlanmayan yolayrıcı hesab edilir. Yolayrıcında hərəkət üstünlüyü qoyulmuş nişanlara uyğun aparılmalıdır. Əgər bu ərazilərdə yol nişanları yoxdursa, o zaman sağdan yaxınlaşmalı olan nəqliyyat vasitələrinin hərəkətinə üstünlük verilməlidir.

Sürücü hansı yolla hərəkət etdiyini bilmirsə, o, ikinci dərəcəli yolda hərəkət edən avtomobil sürücülərinin hərəkətinin davam etməsinə şərait yaratmalıdır. 

Bəzi ərazilərdə yağış suları gölməçə yaratdığı üçün su axınının düzgün axması üçün drenajların da qoyulması üçün göstəriş verilib. 

Doğrudan da son 3 gündə normadan artıq yağış yağdığından problemlər, həqiqətən, olub. Hazırda Bakı şəhəri üzrə bütün istiqamətlərdə nəqliyyat axınının hərəkəti  bərpa edilib.  

Yeganə olaraq Rəsulzadə qəsəbəsindən Binəqədi istiqamətində olan ərazidə kommunikasiya xəttlərinin çəkilməsi ilə bağlı  problem var. Əgər hava şəraiti imkan verərsə, həmin ərazidə asfalt çəkiləcək. Bu zaman da sürücülərə məlumat veriləcək".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...