Kimya üzrə "Nobel" mükafatının sahibləri açıqlandı
Dünya
4 Oktyabr 2017 14:18

Kimya üzrə "Nobel" mükafatının sahibləri açıqlandı


2017-ci il üçün kimya üzrə "Nobel" mükafatına Jak Dyuboş, Yoahim Frank və Riçard Henderson layiq görülüblər.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsveç Kral Elmlər Akademiyasının Nobel Komitəsindən bildirilib.

Alimlər krioelektron mikroskopiyanın inkişafına verdiyi töhfəyə görə mükafatlandırılıblar.

Qeyd edək ki, “Nobel həftəsi” sentyabrın 2-də başlanıb. Həmin gün ABŞ-dan olan alimlər biologiya və tibb üzrə "Nobel" mükafatı alıblar. Biologiya və tibb üzrə mükafat sirkad ritmlərini nizama salan molekulyar mexanizmlərin öyrənilməsi üzrə tədqiqatlara görə Ceffri Hol, Maykl Rosbaş və Maykl Yanqa verilib.

Sentyabrın 3-də isə fizika sahəsi üzrə amerikalı tədqiqatçılar - Rayner Vayss, Harri Berriş və Kip Torn Nobel mükafatına layiq görülüb. Alimlər LIGO - lazer-interferometrik dalğavari-qravitasiya rəsədxanasının baniləridir. Onlar sözügedən rəsədxananın köməyi ilə qravitasiya dalğalarını aşkar etməyi bacarıblar.

Ədəbiyyat üzrə "Nobel" mükafatının növbəti sahibinin adı oktyabrın 5-də elan ediləcək. Oktyabrın 6-da sülh, 9-da isə iqtisadiyyat üzrə mükafatçıların kimliyinə aydınlı gələcək.

Məlumat üçün bildirək ki, laureatların mükafatlandırılması mərasimi ənənəvi olaraq, 10 dekabrda Stokholmda "Nobel" mükafatının banisi - İsveç sahibkarı və ixtiraçı Alfred Nobelin ölüm günündə keçirilir (1833 – 1896).

Hər mükafatın məbləği 9 milyon İsveç kronası (milyon ABŞ dolları) təşkil edir.

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...