İordaniya səfirliyi qarşısında partlayış
Dünya
4 Oktyabr 2017 14:22

İordaniya səfirliyi qarşısında partlayış


Fransanın paytaxtı Parisdə İordaniya səfirliyi qarşısında motosiklet partlayıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə İordaniya Xarici İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb, sadəcə binanın qarşısındakı avtomobillərə ziyan dəyib.

Fransız səlahiyyətlilər hadisə ilə bağlı araşdırmaya başlayıblar.

Qeyd edək ki, ötən həftə Parisin 16-cı bölgəsindəki binanın aşağı mərtəbəsində bomba düzəltmək üçün lazım olan materiallar tapılıb. Bina “Paris Saint-Germain” futbol klubunun oynadığı “Parc des Princes” stadionuna çox yaxındır. Əməliyyat nəticəsində 5 nəfər tutulub. Paris Prokurorluğu hadisədə terror şübhəsinin olub-olmadığını araşdırır.

Qeyd edək ki, Fransada İŞİD terror təşkilatının hücumları nəticəsində son iki ildə 230-dan çox adam həyatını itirib. Ölkədə 2015-ci il noyabrın 13-də elan edilən fövqəladə vəziyyət hələ də davam edir.

Günay Elşadqızı \ METBUAT.AZ

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...