Rusiya, Türkiyə, İran yaxınlaşması
Digər
4 Oktyabr 2017 14:32

Rusiya, Türkiyə, İran yaxınlaşması


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İranın paytaxtı Tehrana səfər edib.

Metbuat.az-ın məlumatına görə, rəsmi səfər zamanı Şimali İraq Kürd muxtariyyətinin keçirdiyi referendum, ikitərəfli əlaqələr, Suriya və terrorla mübarizə kimi məsələlər müzakirə olunacaq.

Şimali İraq Kürd muxtariyyətinin müstəqillik referendumundan sonra İraq, İran və Türkiyə arasında münasibətlər daha da yaxınlaşıb. Eyni zamanda, Türkiyə ilə Rusiya arasında da münasibətlər son illərə nisbətən ən yaxşı formadadır. Təsadüfi deyil ki, referendumdan sonra, bir neçə gün öncə Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar da Tehrana səfər edib.

Maraqlıdır, Rusiya, İran və Türkiyə yaxınlaşmasının əsas məqsədi və gözlənilən nəticə nədir? Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Nəzakət Məmmədova deyir ki, Ərdoğanın səfəri İran prezidentinin ötən ilin aprelindəki səfərinə qarşılıq, protokol səfəri kimi qeyd edilsə də, səfərin əsas məqsədinin Türkiyə-Rusiya-İran arasında koalisiyanın yaradılması olduğu daha inandırıcı görünür:

“Bu koalisiyanın heç şübhəsiz ki, Suriyada və İraqda birgə fəaliyyət üçün yaradılacağı əsas məqsədlərdən biridir. Çünki Suriya münaqişəsinin başlanğıcında bu üç ölkə tam fərqli mövqedən çıxış edirdilərsə, hazırda onların mövqeləri olduqca yaxınlaşıb. Türkiyə və Rusiya İrana qarşı sanksiyalara qarşı çıxan qonşu ölkələrdir. Məsələn, bu günlərdə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da qeyd edib ki, İrana qarşı sanksiyanın tətbiqi, onu küncə sıxışdırmaq siyasəti doğru deyil. Türkiyə Silahlı Qüvvələrinin baş Qərargah rəisi Hulusi Akar Tehrana səfəri zamanı müdafiə naziri Əmir Hatəmi ilə görüşüb. İran müdafiə naziri bildirib ki, bölgənin İŞİD-dən təmizlənməsindən sonra Qərb ölkələri yeni bir ssenari üzərində işləyir və bunun reallaşmasına imkan vermək olmaz”. 

Politoloqun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İranla sanksiya razılaşmasından çıxmaq istəməsi, Tehranda narahatlıq yaradıb. Odur ki, hazırda Türkiyə-Rusiya-İran koalisiyasının terrorçuluqla mübarizə, İrana qarşı sanksiyaların tətbiqinə qarşı birgə çıxış etmək, kürd referendumu nəticəsində Şimali İraqda Kürdüstan yaradılmasına və onların ərazi bütövlüyünə təhdidin reallaşmasına imkan verməmək kimi bir sıra aktual məsələlərin birgə həllinə yönəlməsi ehtimal olunur. Eyni zamanda, Suriyanın ərazi bütövlüyünün qorunması, Qərar ölkələrinin burada vəziyyətə nəzarəti ələ almaq planlarına qarşı da bu üç ölkənin birgə mövqedən çıxış etməsi davam edəcək”.

Günay Elşadqızı \ METBUAT.AZ

İordaniya səfirliyi qarşısında partlayış - Parisdə - OXUMAQ ÜÇÜN TIKLA

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 21 oktyabr

Astroloji proqnoz - 21 oktyabr

21 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...