Eynək-sikkə kolleksiyası dövriyyəyə çıxır - FOTOLAR
İqtisadiyyat
4 Oktyabr 2017 14:33

Eynək-sikkə kolleksiyası dövriyyəyə çıxır - FOTOLAR


Latviya Mərkəzi Bankı latış şairi Eduard Veydenbauma həsr olunmuş sikkələri dövriyyəyə buraxacaq.

Publika.az xəbər verir ki, bu barədə Latviya Mərkəzi Bankı məlumat yayıb. Kolleksiyaya iki sikkə daxildir. Sikkələrin hər ikisinin bir üzündə yuxarı tərəfdə buludlar və şairin imzası, digər üzündə isə ən məşhur iki şeirindən bir misra qeyd olunub. Eynək şəklində hazırlanan sikkələrin hər ikisində aşağı tərəfdə qarda ayaq izləri həkk olunub.

3 min nüsxə tirajlanan sikkələrin nominal dəyəri 2,5 avro təşkil edir. Kolleksiyanın qrafik dizaynı rəssam Arvid Prayda, plastik dizaynı isə Liqita Frantkeviçə məxsusdur. Niderland zərbxanasında hazırlanan sikkə kolleksiyaları oktyabr ayının 5-dən etibarən Latviya Mərkəzi bankında satışa çıxarılacaq.

Latış şairin 150 illik yubileyinə həsr olunan kolleksiyanı həmçinin numizmatika, kitab və hədiyyə mağazalarından da əldə etmək mümkün olacaq.

Könül Cəfərli





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...