Erməni hərbçi əsgər yoldaşını güllələdi
Dünya
4 Oktyabr 2017 14:34

Erməni hərbçi əsgər yoldaşını güllələdi


Ermənistan ordusunda daha bir qanlı insident baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, nəticədə Ermənistandan zorla Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə xidmətə gətirilən ermənistanlı hərbi qulluqçu yaralanıb.
Belə ki, Xocavənd rayonu ərazisində yerləşən işğalçı ordunun postlarından birində şəxsi heyət arasında baş verən dava zamanı post başçısı, əslən Ermənistanın Dilican rayonundan olan, 1998-ci il təvəllüdlü Seyran Sarkisyan, əslən Qarabağ ermənisi olan xidmət yoldaşı tərəfindən açılan atəşlə başından yaralanıb. 

S.Sarkisyan hospitala aparılarkən yolda keçinib.
Faktla baglı araşdırma aparmaq üçün qondarma ordunun vəzifəli şəxsləri əraziyə gəliblər. Ermənistan Müdafiə Nazirliyi tərəfindən insidentin əsl səbəbi gizlədilərək, hadisənin guya qarşı tərəfin atəşi nəticəsində baş verdiyi bildirilib.

Qeyd edək ki, Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərində dislokasiya olunan hərbi hissələrində Dağlıq Qarabağdan olan ermənilərlə Ermənistandan çağırılan hərbçilər arasında gərgin münasibətlər nəticəsində baş verən qanlı insidentlər artıq adi hala çevrilib.
Ermənistandan hərbi xidmətə çağrılan və zorla Qarabağ ərazisinə göndərilən hərbçilər tərəfindən vəzifə səlahiyyətlərinin aşması və nizamnamədən kənar münasibətlər zəminində baş verən hadisələr zamanı mənəvi və fiziki işgəncələrə dözməyən Qarabağ ermənilərindən olan hərbçilər son çıxış yolunu silaha əl atmaqla ya özünə, ya da onu incidənə xəsarət yetirməkdə görürlər.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...