"LUKoil" prezidenti: "Neftin yüksək qiyməti də təhlükəlidir"
İqtisadiyyat
4 Oktyabr 2017 14:36

"LUKoil" prezidenti: "Neftin yüksək qiyməti də təhlükəlidir"


Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiyanın "LUKoil" şirkəti neftin yüksək qiymətindən ehtiyat edir və RF-nin OPEC+ anlaşmasından yumşaq çıxışını dəstəkləyir. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı şirkətin rəhbəri Vahid Ələkbərov Rusiya energetika həftəsində verib.
"Məni bu gün aşağı qiymət səviyyəsi kimi, yuxarı qiymətlər də qorxudur. Şəxsən, neftin qiymətinin 60-70 dollar/barel diapazonunda olmasının tərəfdarı deyiləm. Bu, 2014-cü ildəki vəziyyətin təkrarlanmasına səbəb ola bilər. Buna görə də zamanında anlaşmaya girdiyimiz kimi, zamanında da yumşaq şəkildə çıxmalıyıq ki, bazarda neft qıtlığı yaranmasın", - deyə V.Ələkbərov açıqlamasında bildirib.
"LUKoil"un rəhbəri OPEC+ anlaşmasının uzadılması ilə bağlı müzakirələri 2018-ci ilin ilk rübündə, neft qiymətlərinə uyğun aparmaq lazım gəldiyini vurğulayıb. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...