KİV: İranda nüvə sazişi üzrə danışıqların iştirakçısına 5 il həbs cəzası verilib
Dünya
4 Oktyabr 2017 14:41

KİV: İranda nüvə sazişi üzrə danışıqların iştirakçısına 5 il həbs cəzası verilib


Bakı. 4 oktyabr. REPORT.AZ/ İranda nüvə sazişi üzrə danışıqlarda iştirak edən nümayəndə heyətinin üzvlərindən birinə 5 il müddətinə həbs cəzası verilib.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, ötən ilin yayında nümayəndə heyətinin üzvlərindən birinin casusluq etməkdə ittiham olunaraq saxlanıldığı xəbər verilmişdi və İranın məhkəmə hakimiyyətinin nümayəndəsi Qulam Hüseyn Mohseni Ejei bu xəbəri təsdiq edib.
Məhkumun adı açıqlanmır.
Xatırladaq ki, 2015-ci il iyulun 14-də altı beynəlxalq vasitəçi və İran nüvə sazişi üzrə razılığa gəlib və birgə hərtərəfli fəaliyyət planı qəbul olunub. Plana əsasən, BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən daha əvvəl İrana tətbiq edilən iqtisadi və maliyyə sanksiyaları aradan qaldırılıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...