Türkiyə XİN: "Qarabağa səfər etməyin"
Digər
4 Oktyabr 2017 14:42

Türkiyə XİN: "Qarabağa səfər etməyin"


"Xarici İşlər Nazirliyinin sentyabrın 29-da yaydığı bəyanatda deyildiyi kimi, Türkiyə 25 ilə yaxındır, Azərbaycan torpaqlarının 1/5-nin işğalına son qoyulması ilə bağlı azərbaycanlı qardaşları ilə sıx həmrəylik içərisində hərəkət edir".

 

APA-nın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Bəyanatda deyilir ki, bu baxımdan işğal altında olan Azərbaycan bölgələrinə Azərbaycanın rəsmi qurumlarının icazəsi olmadan səfər etmək beynəlxalq hüquqa ziddir: “Bununla yanaşı, həmin ərazilərə səyahət edən şəxslərə Azərbaycan qanunlarına əsasən müəyyən sanksiyaların tətbiq edildiyini, həmin ərazilərə səfər edən Türkiyə vətəndaşlarına lazım gələrsə, ölkənin konsulluq xidmətinin göstərilməsinin mümkün olmadığını, bununla da, vətəndaşlarımızın işğal olunmuş ərazilərə səfərdən çəkinmələrinin faydalı olacağını xatırlatmağı özümüzə borc bilirik”.

 

Qeyd edək ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyalı - Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər edib, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər.

 

Sentyabrın 29-da Türkiyə XİN-in  yaydığı bəyanatda deyilir ki, dörd Türkiyə vətəndaşının işğal olunmuş Azərbaycan ərazilərinə səfəri rəsmi orqanlarla müzakirə edilmədən həyata keçirilib.

 

Qeyd olunub ki, Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ankaranın rəsmi siyasətini əks etdirmir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...