Ponomaryov Sadıqovun debütünü xatırladı: "Hər şey nə vaxtsa başa çatmalıdı" - VİDEO
İdman
4 Oktyabr 2017 14:44

Ponomaryov Sadıqovun debütünü xatırladı: "Hər şey nə vaxtsa başa çatmalıdı" - VİDEO


Hər şey nə vaxtsa başa çatmalıdı.

Milli.Az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov deyib. 

DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan - Çexiya oyunu yığmamızın kapitanı Rəşad Sadıqov üçün əsas komandada son matç olacaq. Sabah baş tutacaq qarşılaşmada "14 nömrə" 111-ci dəfə meydana çıxacaq. 5842 gün öncə isə ona millidə debüt şansını Ponomaryov verib.
 
Həmin vaxtı yaxşı xatırlayan "Neftçi"nin əfsanəsi bildirib ki, Sadıqov ilk oyundaca liderlik keyfiyyətini qoyub: "Rəşad Sadıqovun yığma və klubda yaxşı (?!) karyerası alınıb. Mötərizədəki sual və nida işarəsi ona görədi ki, millidə əsasən məğlubiyyətlər olub və sevinc dəqiqələri az olub. Ümumiyyətlə isə o, həmişə məsuliyyət və ümidlə yaşayıb. Əlbəttə, mənə xoşdu ki, Sadıqov məhz mənim baş məşqçiliyim dövründə yığmada debüt edib. Mənim üçün o vaxt vacib olan o idi ki, Rəşadın debütü alınsın və gənc futbolçu kimi özünəinam hiss etsin. Sadıqov da sağ cinah mövqeyində yaxşı oynadı. 2001-ci ildə Rəşad gənc və perspektivli oyunçu idi. Seçmə mərhələdəki son oyunumuz İsveç yığmasına qarşı idi və bizim üçün heç bir əhəmiyyət kəsb etmirdi. Birmənalı şəkildə gənc oyunçulara aşağı yaş qruplarının mübarizəsində olduğu kimi deyil, tam başqa futbolu hiss etmək imkanı vermək lazım idi. Ən vacib olan o idi ki, onlar qorxmasın, "sönməsinlər". Əksinə, layiqli, yaxşı oynasınlar. Əminliklə deyə bilərəm ki, həm Ramal Hüseynov, həm də Rəşad Sadıqov İsveçlə yaxşı oynadılar".
 
Ponomaryov "Qarabağ"ın U-19 komandasına rəhbərlik edən Sadıqovun məşqçilik karyerasının da uğurlu alınacağına inam ifadə edib: "İndi ona qarşıdakı məşqçilik karyerasında uğurlar arzulayıram"

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

SWEDEN - AZERBAIJAN 2001 (first international goal for zlatan ibrahimovic)

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...