NASA arzu edənlərin hamısının adını Marsa göndərməyi təklif edir
Maraqlı
4 Oktyabr 2017 14:46

NASA arzu edənlərin hamısının adını Marsa göndərməyi təklif edir


Bakı. 4 oktyabr. REPORT.AZ/ NASA-nın saytına baş çəkən və oradakı ərizəni dolduran hər kəs Marsa adını göndərə bilər.
"Report" ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli İdarəsinin (NASA) saytına istinadən xəbər verir ki, adların olduğu lövhə Marsın səthinə buraxılacaq "InSight" aparatının göyərtəsində quraşdırılacaq.
"InSight" aparatı qırmızı planetin təkində gedən prosesləri tarixdə ilk dəfə izləmək üçün nəzərədə tutulub. O, 2008-ci ildə Marsda həyat və su izləri axtarışı məqsədi ilə planetin səthinə düşən "Finiks" geoloq-zondunun xələfidir.
Aparatın göyərtəsində seysmoqraf, eləcə də 5 metrlik quyuda Marsın təkindəki temperaturu ölçməyə imkan verəcək geofiziki termometr quraşdırılacaq.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...