Gəncədə Nizami məqbərəsinin yanından qumbara tapılıb
Ölkə
4 Oktyabr 2017 15:01

Gəncədə Nizami məqbərəsinin yanından qumbara tapılıb


Bakı. 4 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində Nİzami Gəncəvinin məqbərəsinin yanından qumbara tapılıb.
Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minadan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, 3 Oktyabr 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində Nizami Gəncəvinin məqbərəsinin yaxınlığında partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar edilib, lakin həmin gün havanın yağmurlu olmasını və günün sona çatmasını nəzərə alaraq əməliyyat 4 oktyabrda davam etdirilib. Aşkar olunan 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş əl qumbarasının ətrafında 900 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 oktyabr

Astroloji proqnoz - 19 oktyabr

19 Oktyabr 2017 00:13
Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...