iPhone həyatını xilas etdi - FOTO
Maraqlı
4 Oktyabr 2017 15:04

iPhone həyatını xilas etdi - FOTO


ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində yaşanan gülləbaranda bir qadının həyatını iPhone xilas edib.

Milli.Az CBS-ə istinadən bildirir ki, müğənni Ceyson Oldeyin konsertinə yığışmış 20 min nəfərdən biri olan qadın məhz iPhone-u sayəsində sağ qalıb.

64 yaşlı Stiven Peddok konsertə toplaşanları gülləbaran edəndə güllələrdən biri qadının gödəkçəsinin döş cibindəki smartfona dəyib.

Smartfon olmasaydı, qadın ürəyindən güllə yarası alaraq həlak olacaqdı.

"Mandalay Bay" otelinin nömrəsində 23 avtomat və yarıavtomat tüfəngi, minlərlə patronu olan S.Peddok "Route 91 Harvest" musiqi festivalına yığışanları atəşə tutmuşdu. Gülləbaranda 59 nəfər həlak olub, 527 nəfər yaralanıb.

S.Peddokun silahlarını 20 il ərzində topladığı da müəyyənləşib.

Polis əməkdaşları nömrənin qapısını sındıraraq içəri girənədək S.Peddok intihar edib.

Milli.Az




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...