Ukraynada yanğında ölən azərbaycanlıların meyitləri Bakıya göndərildi
Digər
4 Oktyabr 2017 15:17

Ukraynada yanğında ölən azərbaycanlıların meyitləri Bakıya göndərildi


Ukraynada Zaporojye şəhərindəki hostellərdən birində baş vermiş yanğın zamanı ölən 4 azərbaycanlının nəşi bu gün Azərbaycana göndərilib.

 

Zaporojye Azərbaycanlıları Cəmiyyətindən APA-ya verilən məlumata görə, ölənlərdən birinin nəşi diaspor tərəfindən bu gün Kiyev-Bakı təyyarə reysi ilə, digərlərinin meyiti isə avtomobillə yola salınıb.

 

Qeyd edək ki, iki gün əvvəl Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb. Bunlar Ukrayna vətəndaşı, əslən Saatlı rayonunun Minbaşılı kəndindən olan, 1962-ci il təvəllüdlü Zeynalov İlham Nuru oğlu, Azərbaycan vətəndaşı, Cəlilabad şəhər sakini, 1955-ci il təvəllüdlü Yolçuyev Balamirzə Ağamirzə oğlu, Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini, 1968-ci il təvəllüdlü Əliyev Yaşar Məzahir oğlu və Azərbaycan vətəndaşı, Sabirabad rayonunun Türkadi kənd sakini, 1978-ci il təvəllüdlü Abuşov İntiqam Yengibar oğludur.

 

Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının yaşadığı açıqlanıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...