Azercell-in növbəti eksklüziv ofisi Bakının Q.Qarayev prospektində açılıb
İqtisadiyyat
4 Oktyabr 2017 15:22

Azercell-in növbəti eksklüziv ofisi Bakının Q.Qarayev prospektində açılıb


Bakı. Trend:

Abunəçilərinin operativ və keyfiyyətli xidmətlərdən istifadəsini təmin etmək üçün ölkə boyu yeni konsepsiyalı ekslüziv ofislərinin sayını artıran Azercell daha bir mağazasının açılışını edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 30\42 ünvanında istifadəyə verilən Eksklüziv ofis 121 m2 ərazidə abunəçilərə xidmət göstərəcək. Ən müasir avadanlıqla təchiz olunan bu ofis unikal Nordic konsepsiyasına uyğun olaraq qurulub.

Mağazanın xüsusi özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olacaqlar. Bu ofisdə Müştəri Xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur (izahlı qaimə və addan-ada əməliyyatları istisna olmaqla digər). Burada abunəçilər, həmçinin, mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuarlar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər.

Qeyd edək ki, ilk fəaliyyəti günündə Azercell Telekom şirkətinin prezidenti Vahid Mürsəliyevlə yanaşı, həm də Telia şirkətinin Avrasiya regionu üzrə prezidenti Emil Nilson da mağazaya baş çəkərək müştərilərin rahatlığına yönələn bu təşəbbüsü yüksək qiymətləndirmişlər.

Yeni ofislərinin açılmasında Azercell şirkətinin əsas məqsədi 4.5 milyonluq abunəçi ailəsinə yüksək səviyyəli xidmət göstərməkdir. Azercell abunəçiləri bu ofislərə müraciət edərək, yaranan problemləri həll edə, arzuladıqları xidmətlərə qoşula və onları maraqlandıran suallara cavab ala bilərlər.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...