Moskvada "Leyli və Məcnun" operasının premyerası olacaq
Mədəniyyət
4 Oktyabr 2017 15:31

Moskvada "Leyli və Məcnun" operasının premyerası olacaq


Moskva. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası Moskvaya qastrola yollanacaq.
"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, Azərbaycanın səhnə ustaları oktyabrın 16-da Moskvadakı "Crocus City Hall"da Üzeyir Hacıbəyovun Məhəmməd Füzulinin eyniadlı əsəri əsasında yazdığı əfsanəvi "Leyli və Məcnun" operasını təqdim edəcəklər.
Qastrolun təşkilatçısı, Azərbaycan Mədəniyyəti və İncəsənəti Studiyasının rəhbəri Samirə Zeynalova "Leyli və Məcnun" operasının Moskvada ilk dəfə təqdim olunacağını bildirib.
"Bu, Moskvada yaşayan həmvətənlərimiz üçün böyük bayram olacaq. Opera və Balet Teatrına, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə ideyamızı həyata keçirməkdə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm", - S.Zeynalova vurğulayıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...