“Azəriqaz”: Abonentlərin tələbata uyğun qazla təmin edilməsi üçün gündəlik iş aparılır
İqtisadiyyat
4 Oktyabr 2017 15:51

“Azəriqaz”: Abonentlərin tələbata uyğun qazla təmin edilməsi üçün gündəlik iş aparılır


Bakı. 4 oktyabr. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyinin qış rejiminə keçidi şərtidir. Yəni, bu gün istehlakçıların təbii qaza olan tələbatı artarsa, təbii ki, verilən qazın həcmi də artırılır. Birlikdə istər payız-qış mövsümündə, istərsə də digər aylarda abonentlərin tələbata uyğun qazla təmin edilməsi üçün gündəlik iş aparılır".
Bu barədə “Azəriqaz” İB-dən “Report”un Birliyin qış rejiminə keçidi ilə bağlı sorğusuna cavabda bildirilib.
Qeyd olunub ki, 2017-2018-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi, təbii qazdan təhlükəsiz istifadə olunması və qaz təsərrüfatının ahəngdar fəaliyyətini təmin etmək məqsədi ilə Birlik tərəfindən Tədbirlər Proqramı işlənib hazırlanıb. “Tədbirlər Proqramına uyğun olaraq bu il ərzində 25 939,3 poqon metr uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir edilib, eləcə də yeni qaz xətləri çəkilib, 70 ədəd siyirtmə yenisi ilə əvəz edilib, 274 ədəd qaz tənzimləyici quraşdırılıb və bu istiqamətdə işlərin icrası davam etdirilir”, - deyə məlumatda qeyd olunub.
Qaz təsərrüfatının inkişafı üçün bu ilin ötən müddətində görülən işlərə gəlincə Birlikdən qeyd olunub ki, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib: “Belə ki, ölkə ərazisində yanvar-sentyabr ayları ərzində 958,3 km müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 171 km qaz kəmərləri əsaslı təmir edilib, regionlar üzrə 44 qəsəbə, kənd və yeni salınmış yaşayış massivlərinə təbii qazın verilməsi təmin edilib”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 oktyabr

Astroloji proqnoz - 19 oktyabr

19 Oktyabr 2017 00:13
Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...