Putin səudiyyə kralı ilə OPEC+ anlaşmasının uzadılmasını müzakirə edəcək
İqtisadiyyat
4 Oktyabr 2017 15:56

Putin səudiyyə kralı ilə OPEC+ anlaşmasının uzadılmasını müzakirə edəcək


Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının kralı Salman bin Abdel Əziz Səudla OPEC+ anlaşmasının müddətinin uzadılmasını müzakirə etmək niyyətindədir. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə V.Putin Rusiya energetika həftəsində bildirib.
"Əsas müttəfiqlərimizlə, o cümlədən OPEC və digər əsas neft hasilatçıları ilə təmasdayıq. S.Ərəbistanının kralını qəbul etmək şərəfi əldə edəcəyik. OPEC+ anlaşmasının uzadılmasını onunla da müzakirə edəcəyik", - deyə RF-nin dövlət başçısı qeyd edib.
Prezident anlaşmanın uzadılmasının mümkünlüyünü bildirib və qeyd edib ki, cari anlaşma bitdiyi zaman, yəni 2018-ci ilin mart ayının sonunda neft bazarındakı vəziyyətə uyğun hərəkət etmək lazımdır. Tərəflər arasında razılaşma əldə olunarsa, Rusiya anlaşmanı 2018-ci ilin sonuna qədər uzatmağa hazırdır.
"Anlaşmanı uzatmaq qərarı aldıqda, onun müddətini də danışarıq. Mümkün variantlara gəlincə, bu, ən azı 2018-ci ilin sonudur", - deyə prezident əlavə edib. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...