Ermənistan ordusunda qeyri-döyüş şəraitində xəsarət alanların sayı çoxalıb
Dünya
4 Oktyabr 2017 16:21

Ermənistan ordusunda qeyri-döyüş şəraitində xəsarət alanların sayı çoxalıb


Bakı. 4 oktyabr. REPORT.AZ/ Son vaxtlar Ermənistan ordusunda silah-texnikanın nasazlığı, xidmətə yarasız, istismar vaxtı bitmiş avadanlıqların istifadəsi nəticəsində şəxsi heyət arasında xəsarət alanların və yaralananların sayı çoxalıb.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, qısa müddət ərzində işğalçı ölkənin ordusunun hərbi hissələrində baş verən hadisələr bunu bir daha sübut edir.
Belə ki, işğal olunmuş Azərbaycan ərazilərində yerləşən hərbi hissələrdən birində texnikaya qulluq zamanı Lernik Movsesyan adlı əsgər üzərinə silah-sursat yeşiyinin düşməsi nəticəsində xəsarət alıb. Hospitala çatdırılan hərbi qulluqçunun valideynləri isə onun məhz döyüldüyü üçün xəstəxanaya düşdüyünü deyiblər. 
Başqa bir hadisənin döyüş mövqeyində, guya tonqala atılan patronun partlaması zamanı baş verdiyi bildirilib. Hadisə zamanı sol dizindən və əlindən xəsarət alan əsgər Tiqran Sarkisyan tibb məntəqəsinə yerləşdirilib.
Daha bir hadisə hərbi texnikaya quluq zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Hadisə zamanı müqaviləli hərbi qulluqçu Burgen Mnasakanyanın ayağı bud nahiyəsindən qırılıb. O, təcili olaraq hospitala aparıblar.
Son hadisə isə oktyabrın 3-də səhər saatlarında artilleriya alayına məxsus "ZiL" markalı avtomobilin aşması nəticəsində baş verib. Belə ki, yanacaq-sürtgü materialları anbarında növbəni dəyişən şəxsi heyəti daşıyan avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəbindən qəza baş verib və nəticədə ən azı 3 erməni hərbçisi müxtəlif dərəcəli ciddi bədən xəsarətləri alıblar.
Qəza törədən köhnə "ZiL" markalı yük maşınının yola çıxarkən nasaz vəziyyətdə olduğu məlum olub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...