Türkiyə vətəndaşlarına xəbərdarlıq etdi
Digər
4 Oktyabr 2017 16:22

Türkiyə vətəndaşlarına xəbərdarlıq etdi


Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın işğal altında olan torpaqlarına səyahət etmək istəyən vətəndaşlarına xəbərdarlıq ünvanlayıb.

Metbuat.az-ın xəbərinə görə, bu barədə Nazirliyin rəsmi saytında məlumat verilib. Açıqlamada deyilir: “Nazirliyin 29 sentyabr 2017-ci il tarixli bəyənatında da qeyd edildiyi kimi, ölkəmiz Azərbaycanın torpaqlarının təxminən beşdə biri üzərində davam edən işğalın sona çatdırılması üçün azərbaycanlı qardaşlarıla yaxın həmrəylik içərisində hərəkət edir. Bu səbəbdən, işğal altında olan torpaqlara Azərbaycandan icazə almadan səyahət etmək beynəlxalq hüquqa ziddir. Eyni zamanda, Azərbaycan Qanunlarına görə, müxtəlif sanksiyalar tətbiq edilə bilər. Vətəndaşlarımıza zərurət olduğu təqdirdə ölkəmizdə konsulluq qoruması təmin edilməsi mümkün olmadığı üçün işğal altındakı bölgələrə səyahət etməmələrinin daha faydalı olduğunu xatırladırıq”.

Qeyd edək ki, sentyabrın 29-da Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq, vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin Ankaranın rəsmi siyasətini əks etdirmədiyini qeyd edib.

Günay Elşadqızı \ METBUAT.AZ

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...