ABŞ-da silah satışı yenidən gündəmdədir
Dünya
4 Oktyabr 2017 16:22

ABŞ-da silah satışı yenidən gündəmdədir


ABŞ əhalisinin 1\3-i evlərində bir və ya daha artıq silah saxlayır. Və hər bir kütləvi silah hücumundan sonra əhalinin odlu silaha marağı daha da artır.

Metbuat.az-ın məlumatına görə, Las-Veqasda 59 nəfərin ölümü, 500-dən çox insanın yaralandığı silahlı hücumdan sonra bu məsələ yenidən gündəmə gəlib.

ABŞ-ın keçmiş prezidenti Barak Obama Tvitter hesabından bənzər faciələrin qarşısının alınması üçün hər kəsi qəti addım atmağa çağırıb.


Eks dövlət katibi Hillari Klinton da Tvitter hesabından fərdlərin silah ala bilmək hüquqlarını məhdudlaşdıracaq qanun tənzimləməsinin qısa müddətdə qəbul edilməyini tələb edib.


Ağ Ev fərdi silah almağı məhdudlaşdırmaqla bağlı çağırışa cavab verib. Ağ Evin sözçüsü Sarah Sanders bildirib ki, mövcud şərtlərə baxanda mümkün dəyişikliklərdən danışmaq üçün uyğun vaxt deyil: “Belə danışmaq və tənqid etmək xanım Klinton üçün asandır. Amma bir şeyi başa düşməliyik, bu hadisədə əli qana bulanan yalnız bir nəfər var, o da silahlı hücumu təşkil edən şəxs. Buna görə də, bu işi fərdlərə və təşkilatlara tətbiq etmək doğru deyil”.

Qeyd edək ki, Amerika Konstitusiyası vətəndaşlarına silahlı olmaq hüququnu verir. Eks Demokrat Konqresmen Qabriel Giffords və həyat yoldaşı Mark Kelli, federal hökuməti silah satan firmaların tərəfində durmaqda günahlandırıb: “Silahların istifadə olunduğu mənasız ailə münaqişələrinə rəğmən, qarşısı alına biləcək intiharlara rəğmən, kiçik uşaqların silahla öz dostlarını, ailələrini vurmaqlarına rəğmən, Konqresin cavabı yoxdur. Həqiqətən də buna qarşı heç nə etmirlər”.

Qeyd edək ki, Amerikada vətəndaşların əlində 300 milyondan çox odlu silahın olduğu təxmin edilir.

Günay Elşadqızı \ METBUAT.AZ

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...