Bakıda müşahidə edilən tıxacların səbəbi açıqlandı
Digər
4 Oktyabr 2017 16:32

Bakıda müşahidə edilən tıxacların səbəbi açıqlandı


 

Baş Dövlət Yol Polisi İdarəsi son günlər havanın yağmurlu olması səbəbindən bəzi ərazilərdə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına aydınlıq gətirib. İdarənin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Lent.az-a bildirib ki, bəzi yerlərdə qeydə alınmış çökmə halları nəzərə alınmasa, yollarda ciddi problem yaranmayıb: “Ümumiyyətlə, Azərbaycanda 3 gün ardıcıl intensiv yağış yağması çox nadir hallarda müşahidə edilir. Bununla belə, ölkənin və paytaxtın yollarında yağıntılar nəqliyyatın hərəkətinə mane olmayıb. Bəzi hallarda pik saatlarda tıxac və sıxlıq müşahidə olunub ki, bu da bəzi yerlərə su yığılması və ya köhnə sovet avtomobillərinin yağıntının təsirindən mühərrikinin sönməsi səbəbindən baş verib”.

 

K.Əliyev əlavə edib ki, sürücülər yağmurlu hava şəraitində avtomobilin sazlığına xüsusi ilə diqqət yetirməlidir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...