1 nəfərin öldüyü, 6 nəfərin yaralandığı dəhşətli qəzanın görüntüləri - VİDEO - FOTO
Ölkə
4 Oktyabr 2017 16:34

1 nəfərin öldüyü, 6 nəfərin yaralandığı dəhşətli qəzanın görüntüləri - VİDEO - FOTO


Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın ARB TV-yə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətlari alıb.

Hadisə Gəndob-Yalama yolunun 44-cü kilometrliyində qeydə alınıb. 90 AF 285 dövlət nömrə nişanlı "Azsamand" markalı avtomobillə "Lada Largus" markalı minik avtomobili toqquşub. Nəticədə "Azsamand"da olan, Bakı şəhər sakinləri 33 yaşlarında olan İsmayılova Elnurə Mahir qızı, İsmayılova Aynurə Mahir qızı, 32 yaşlı Hüseynov Emil Vaqif oğlu, 28 yaşlı Quliyeva Nərmin Urfan qızı, həmçinin "Lada"da olan Dərbənd şəhər sakinləri - 65 yaşlı Şükürova Firəngiz Ayıbovna və 68 yaşlı Abasova Gülnaz Ənsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alan digər bir Dərbənd sakini qadın dünyasını dəyişib.

Xəsarət alan Bakı şəhər sakinləri Emil və Aynurə ilkin müalicədən sonra paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xaçmazda 1 nəfərin öldüyü, 6 nəfərin yaralandığı dəhşətli qəzanın görüntüləri





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...