Ermənistan hakimiyyətinin Kremlə yeni nazı - Avrasiya İqtisadi İttifaqına üzvlük
Digər
4 Oktyabr 2017 16:36

Ermənistan hakimiyyətinin Kremlə yeni nazı - Avrasiya İqtisadi İttifaqına üzvlük


Bakı. 4 oktyabr. REPORT.AZ/ Ermənistan parlamentində ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması haqqında qanun layihəsi müzakirə edilib.
Parlamentin sədri Ara Babloyan bildirib ki, qanunverici orqanın Xarici Əlaqələr Komissiyası sənədə baxaraq mənfi rəy versə də, qanun layihəsi bu gün növbədənkənar qaydada müzakirəyə çıxarılacaq. 
Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması haqqında qanun layihəsinin müəllifi müxalifətdə olan “Çıxış” blokudur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyulub. Hazırda 105 deputatın təmsil olunduğu ölkə parlamentində 79 deputat sənədin əleyhinə, 10 deputat isə lehinə səs verib. Layihənin müəllifi “Çıxış” fraksiyasından olan deputatların da bəziləri sənədin əleyhinə səs veriblər.

Serj Sarqsyan
Hakim Respublikaçılar və Daşnaksütyun partiyaları Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasının əleyhinə səs veriblər. Yeri gəlmişkən, parlamentdə Respublikaçılar Partiyası 65, daşnaklar 7, müxalifətdə olan “Çiçəklənən Ermənistan” 31, “Çıxış”çılar isə 9 deputatla təmsil olunurlar. Mütləq çoxluq hakimiyyət fraksiyasının tərəfində olduğundan istənilən layihənin qəbul edilməsi də onlardan asılıdır.
Müxalifət sayılanlar isə sadəcə gözdən pərdə asmaqla parlamentə demokratik don geyindirməyə xidmət edir. Ona görə də müzakirələr və səsvermədən məlum oldu ki, Avrasiya İqtisadi İttifaqından çıxmaq məsələsi şoudur. Rəsmi Yerevanın müzakirələr zamanı əsl niyyəti də üzə çıxıb.
Hakim partiyanın deputatları ittifaqla bağlı məsələdən çox, Rusiyanın Azərbaycana silah satmasından, Moskva ilə Yerevan arasındakı silah və təbii qaz sövdələşməsindən danışıblar.

Mikael Melkumyan
Vitse-spiker Mikael Melkumyan bildirib ki, bu ittifaqda Rusiyanın Azərbaycana silah satması məsələsini müzakirəyə çıxara bilərlər: “2015-ci ildə Rusiya Azərbaycana 25 milyard dollarlıq, 2016-cı ildə 10 milyard, bu il daha çox məbləğdə silah satıb. Ona görə də Moskvadan soruşmaq lazımdır: Bu, Ermənistan-Rusiya münasibətlərinə nə dərəcədə uyğun gəlir? Gürcüstan Azərbaycandan təbii qazı 200 dollara alıb, əhaliyə 240-245 dollar satır. Ermənistan isə Rusiyadan bu yanacağı 150 dollara alıb, əhaliyə üç dəfə baha satır”. O, Rusiyadan göndərilən qeyri-ticari maliyyə vəasitlərinin də əhəmiyyətindən danışıb.
M.Melkumyan təbii qazın ölkə əhalisinə baha satılmasından danışarkən, heç şübhəsiz, indiki baş nazir Karen Karapetyanı da vurur. Çünki Ermənistanda təbii qazın satışına onun başçılıq etdiyi “Qazprom-Armeniya” nəzarət edir. K.Karapetyan isə 2018-ci ildə də baş nazir postu uğrunda indiki prezident Serj Sarqsyanla mübarizə aparacaq. Bu müzakirədən prezidentlə baş nazir arasında qarşıdurmanın olduğu da göründü.
Nikol Paşinyan
“Çıxış” müxalifət blokunun lideri Nikol Paşinyan bildirib ki, Ermənistan ittifaqa üzv olduqdan sonra beynəlxalq ehtiyatlar 40 faiz azalıb, xarici borc isə 10 faiz artıb.
Deputatlar Rusiya-Ermənistan strateji müttəfiqliyindən də danışıblar. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında seçimin müzakirəsi Ermənistanın hər iki tərəfdən əlavə vəsait qoparmasına hesablanıb.
Bununla Ermənistan hakimiyyəti həm Aİİ-nin sponsoru rəsmi Moskvadan, həm də Aİ-nin mərkəzi rəsmi Brüsseldən əlavə maliyyə vəsaiti əldə etmək niyyətindədir. Ermənistan hakimiyyətinin parlamentdəki demokratiya oyunu da buna xidmət edir. Onsuz da hakim partiyanın dəstəkləmədiyi bir layihənin parlamentdə uğur qazanmayacağı açıq-aşkar bəlli idi. Bu layihənin tez-bazar, gündəlikdən kənar, təcili müzakirə edilməsi də məsələnin formal olduğunu göstərirdi.
Karen Karapetyan
Odur ki, müxalifət adlanan fraksiyanın təqdim etdiyi sənədin müzakirəsində udan tərəf yenə hakimiyyət oldu. S.Sarqsyan 2018-ci ildə başlayacaq baş nazirlik postuna səsvermə ilə bağlı parlamentdəki adamlarını bir daha sınaqdan çıxartdı. O, Ermənistan parlamentindəki gücünü Kremlə nümayiş etdirdi. Bunu Sarqsyanın baş nazir olmaq istəyi ilə bağlı Moskvaya mesajı da adlandırmaq olar.
Onsuz da Rusiya, Avropa İttifaqı və ABŞ-da gözəl bilirlər ki, Ermənistan Kremlin bütün mənalarda nəzarəti altında olan bir ərazidir. O, Moskvanın xeyir-duası ilə birliklərə üzv ola, yaxud ittifaqlardan çıxa bilər. Müzakirələr də bunu neçənci dəfə təsdiqlədi. 






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...