Hakim partiyanın deputatları Böyük Britaniyanın XİN başçısını istefaya göndərməklə bağlı çağırış ediblər
Dünya
4 Oktyabr 2017 16:36

Hakim partiyanın deputatları Böyük Britaniyanın XİN başçısını istefaya göndərməklə bağlı çağırış ediblər


Bakı. 4 oktyabr. REPORT.AZ/ Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının deputatları Birləşmiş Krallığın baş naziri Tereza Meyi xarici işlər naziri Boris Consonu istefaya göndərməyə çağırıb.
"Report" "The Times" qəzetinə istinadən xəbər verir ki, buna B.Consonun Liviyanın Sirt şəhəri haqqında dediyi sözlərin qalmaqala gətirib çıxarması səbəb olub.
Belə ki, B.Conson Mühafizəkarlar Partiyasının Mançesterdə keçirilən qurultayında çıxış edərkən Liviyanın qar dənəcəyi kimi ağ qumunu, gözəl dənizini və real potensialını qeyd etməklə bərabər qalamaqala səbəb olacaq fikirlər də səsləndirib.
"Britaniyalı biznesmenlər var, əla oğlanlardır, onlar Sirt sahillərinə sərmayə qoymaq istəyir. Onlar Sirti yeni Dubaya çevirməyə hazırdır. Sadəcə, oradan cəsədləri çıxarmaq lazımdır, sonra onlar orada olacaq", - XİN başçısı deyib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...