1 gün ərzində Bakı və Abşeronda aylıq normanın 70-150 faizi qədər yağıntı düşüb (ÖZƏL)
Ölkə
4 Oktyabr 2017 16:42

1 gün ərzində Bakı və Abşeronda aylıq normanın 70-150 faizi qədər yağıntı düşüb (ÖZƏL)


Bakı. İlhamə İsabalayeva - Trend:

Oktyabrın 3-ü gündüzdən 4-ü səhərədək Bakı və Abşeron yarımadasında düşən yağıntının miqdarı aylıq normanın 70-150 faizini təşkil edib.

Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, oktyabrın 3-ü gündüzdən 4-ü səhərədək Bakı və Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 8-59 mm təşkil edib: "Oktyabrda Bakıya və Abşeron yarımadasına bu qədər yağıntının düşməsi halı müşahidə edilib. Bakı və Abşeron yarımadasında elə yerlər var ki, oraya oktyabrın 3-ü gündüzdən bu gün səhərədək düşən yağıntının miqdarı norma daxilində olub. Elə yerlər isə olub ki, orada normadan artıq yağıntı düşüb".

G.Məmmədova bildirib ki, qeyd edilən müddətdə ən çox yağıntı 59 mm olmaqla, Bakıya düşüb.

O, rayonlara düşən yağıntının miqdarının da norma daxilində olduğunu açıqlayıb.

ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8-59, Lənkəran-Astara zonasında 22-91, Böyük Qafqazda 4-20, Mərkəzi-Aran rayonlarında 3-18, Kiçik Qafqazda 9-27, Qazax-Gəncə zonasında 2-9, Naxçıvan MR-da 3-15 mm olub.

Qar örtüyünün hündürlüyü Xınalıqda 13, Ləzədə 3, Lerik rayonunun dağlıq ərazilərində 10-20 sm təşkil edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...