ADB gələn il Azərbaycanda iqtisadi artım gözləyir
İqtisadiyyat
4 Oktyabr 2017 16:46

ADB gələn il Azərbaycanda iqtisadi artım gözləyir


Bakı. 4 oktyabr. REPORT.AZ/ "Neft gəlirləri ilə zəngin Azərbaycanın iqtisadiyyatı bu il 1,3% geriləyib, amma gələn il irəliləyəcək". 
“Report” xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Manapbekov deyib.
Xatırladaq ki, ADB bundan əvvəl 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,1% azalacağını proqnozlaşdırırdı. 
“İqtisadi geriləmə neftin ucuzlaşması ilə bağlıdır. Üstəlik bu ilin I yarısında ölkədə neft hasilatı 9% azalıb. Halbuki 2016-cı ilin eyni dövründə azalma cəmi 0,4% təşkil edib”, - deyə o, qeyd edib. 
ADB rəsmisinin sözlərinə görə, hazırda Azərbaycanın dövlət gəlirlərinin təxminən 75%-i və ÜDM-in 45%-i neft və qazın hesabına formalaşır. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...