Türkiyə İran və İraqla birgə hücuma hazırlaşır - Qəndil yerlə bir ediləcək, Bərzani...
Dünya
4 Oktyabr 2017 16:48

Türkiyə İran və İraqla birgə hücuma hazırlaşır - Qəndil yerlə bir ediləcək, Bərzani...


Türkiyə İraq və İranla birlikdə PKK-nın əsas qərargahı olan Qəndilə, eləcə də sentyabrın 25-də müstəqillik referendumu keçirən Şimali İraq Kürd Muxtariyyətinə hərbi müdaxilə edə bilər.

Publika.az
xəbər verir ki, bu barədə “Türkiyə” qəzetinin köşə yazarı Batuhan Yaşar yazıb.

Yazar qeyd edir ki, Türkiyə daxilində PKK-nın “belini qırmaq” üçün bütün təhlükəsizlik qurumları səfərbər edilib.

“Ankaradakı qaynaqlar 2018-ci ilin yazında gözəl proseslərin olacağını deyirlər. Qışa qədər PKK-nın sığına biləcəyi heç bir mağara qalmayacaq. Lakin terrorun məhvi üçün sərhəd xaricində də əməliyyatlar vacibdir. Türkiyənin Şimali İraqda hərbi birlikləri, bazaları var. Vacib nöqtələr, keçid yerləri tutulub. Əməliyyatlar təkcə havadan yox, zaman-zaman qurudan da aparılır. Son dövrlər keçirilən təhlükəsizlik toplantılarında masada bütün seçimlərin yer aldığını deyə bilərik. Həll yolu mürəkkəb görünür, lakin Türkiyə bunu etmək qərarına gəlib. Qəndilə hava əməliyyatları edilir, lakin ortada quru əməliyyatı da var. Qəndildən sərhədimizə ən yaxın məsafə 90 kilometrdir. Dağın ətrafı sarılarsa, bu 320 kilometrlik məsafə deməkdir. Əməliyyatlar təxminən 2 min 500 kilometr məsafədə keçirilə bilər. Çox çətin relyefə malik bölgədir. Dağın ortasındakı vadiyə, yəni PKK düşərgələrinə çatmaq heç də asan deyil. Digər tərəfdən, dağın İran tərəfi də var. Buna görə də İran bu əməliyyatda Türkiyə ilə birlikdə olmalıdır”, - deyə yazar vurğulayıb.

B. Yaşar iddia edir ki, İran və İraq Qəndil əməliyyatında Türkiyənin yanında olacaq: “Üç ölkə davamlı təmaslar qurur. Hətta əməliyyatın hərbi detalları da hazırlanıb. Baş qərargah rəisi Hulisi Akar Tehrana turist səfəri etməmişdi. Bu səfəri qüvvət komandanları belə sonradan öyrəndi. Daha doğrusu, Ərdoğan deməsəydi, heç kimin xəbəri olmayacaqdı. Türkiyə, İran və İraq bəlkə də tarixdə heç olmadığı qədər yaxındırlar. Ankaradakı qaynaqlarımız deyir ki, İraq Şimali İraq Kürd Muxtariyyətinə, İran isə Qəndilə birlikdə hərbi əməliyyat keçirməyi təklif edir. Ərdoğan “bir gecə qəfil gələ bilərik” sözlərini elə belə demədi. TBMM-də çıxışı zamanı qüvvət komandanlarına “Hər an hər şeyə hazır olmalıyıq” sözlərini də təsadüfən bildirmədi. Qaynaqlarımız Türkiyənin tələsmədiyini, problemi kökündən həll etmək üçün ağılla hərəkət etdiyini deyir. Türkiyə ordusu kifayət qədər modern şəkildə gücləndirilib. Əldə etdiyimiz məlumata görə, Türkiyə Silahlı Qüvvələr bir gecədə bütöv alayı Qəndilə endirə bilər”.

Yazara görə, Türkiyə İran və İraqla birlikdə Şimali İraqa, yaxud Qəndilə birgə əməliyyat həyata keçirərsə, ABŞ-la üz-üzə gələcək.

“Çünki ABŞ PKK/PYD-yə bütün silahları Ərbil üzərindən göndərir. Həmçinin, PKK/PYD-nin Qəndil-Suriya keçidini bu xətt üzərindən təmin edir. Lakin Türkiyə zarafat etmir. İlk hədəfdə isə 2018-ci ilin kimi PKK-nı sıradan çıxarmaqdır”, - deyə Yaşar diqqətə çatdırıb.

Asif

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...