“Bir neçə gün ərzində müstəqillik elan edəcəyik”
Dünya
4 Oktyabr 2017 16:52

“Bir neçə gün ərzində müstəqillik elan edəcəyik”


İspaniyanın şimal-şərqində yerləşən Kataloniya Muxtar Vilayətinin rəhbəri Karles Puçdemon müstəqilliklə bağlı açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, referendumdan sonra ilk dəfə müsahibə verən Puçdemon bildirib ki, bir neçə gün ərzində müstəqillik elan edəcəklər: “Hökumətimiz müstəqillik üçün bu həftə sonu və ya gələn həftənin əvvəlində hərəkətə keçəcək”.

“İspaniya mərkəzi hökuməti müdaxilə edərək, Kataloniya hökumətinə nəzarəti ələ keçirərsə, nə edəcəksiniz?” sualına cavabında Puçdemon bildirib ki, bu, hər şeyi dəyişdirən bir səhv olar.

Onun sözlərinə görə, referendumdan bu yana İspaniya mərkəzi hökuməti ilə Kataloniya hökuməti arasında heç bir əlaqə olmayıb.

Barselonada fəaliyyət göstərən “La Vanguardia” qəzetinin xəbərinə görə, Kataloniyadakı referendum tərəfdarı olan partiyalar da müstəqilliyin elan edilməsi ilə bağlı görüşlərin bazar ertəsi günü muxtar vilayətin parlamentində keçirilməsini istəyiblər. Məlumata görə, bu sessiyada muxtar vilayətin parlamenti müstəqilliyi elan edə bilər.

Günay Elşadqızı \ METBUAT.AZ

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...