Bakıda skamyada yatan yaşlı kişi: "Evimi alıb, arvadımı dəlixanaya atdılar" - VİDEO
Ölkə
4 Oktyabr 2017 16:54

Bakıda skamyada yatan yaşlı kişi: "Evimi alıb, arvadımı dəlixanaya atdılar" - VİDEO


Bakıda Hövsan qəsəbəsi Suraxanskıdə 21 nömrəli binanın qabağındakı skamyada yatan yaşlı kişidən xəbər var. 

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, ötən gün sosial şəbəkələrdə binanın həyətində yatması ilə bağlı fotolar paylaşılan kişini vətəndaşlardan biri öz evinə aparıb. Portalımızla əlaqə saxlayan adının açıqlanmasını istəməyən vətəndaş onun heç də təsadüfən çöldə qalmadığını Teymur adlı bir nəfər tərəfindən aldadılaraq küçəyə atıldığını deyib. 
 
Adının Faiq olduğunu deyən bu kişi, polis əməkdaşı olan Teymur adlı şəxsin onun evini sataraq həyat yoldaşını və özünü xəstəxanaya qapatdığını söyləyib. Kişinin sözlərinə görə həmin şəxs onu hansısa bir dövlət qurumuna gedəcəyi təqdirdə ölümlə təhdid edib.
 
Faiq adlı yaşlı kişinin sözlərinə görə, heç bir dövlət qurumu onunla maraqlanmayıb və onun probleminə köməklik etməyib.  

Qeyd edək ki, sözügedən yaşlı kişinin fotosu sosial şəbəkələrdə yayımlanmışdı. O, günlərcə skamyanın üstündə yatıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda skamyada yatan yaşlı kişi danışdı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...