“Səngəçal-Dəniz-Xərə-Zirə” yatağındakı iki estakadayanı meydança əsaslı təmir olunub
İqtisadiyyat
4 Oktyabr 2017 16:56

“Səngəçal-Dəniz-Xərə-Zirə” yatağındakı iki estakadayanı meydança əsaslı təmir olunub


Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-Dəniz-Xərə-Zirə” yatağındakı 279A və 332 saylı estakadayanı meydançalar əsaslı təmir olunub.
“Report” SOCAR-a istinadən xəbər verir ki, 279A saylı estakadayanı meydançada 98 möhkəmləndirici svay vurulub, 11 metal lövhə, 237 metr uzunluğunda məhəccər çəpəri quraşdırılıb, 2 ədəd yanğın lafet lüləsi yenisi ilə əvəzlənib, əlavə işıqlandırma işləri görülüb. Ümumiyyətlə, estakadayanı meydançanın 2080 kvadratmetrlik hissəsi əsaslı təmir edilib.
332 saylı estakadayanı meydançanın 1070 kvadratmetrlik hissəsində 38 möhkəmləndirici svay vurulub, 5 metal lövhə, 132 metr uzunluğunda məhəccər çəpəri, dalma nasosları üçün 2 ədəd şaxta və 1 ədəd xidmət meydançası quraşdırılıb, 1 ədəd yanğın lafet lüləsi yenisi ilə əvəzlənib, əlavə işıqlandırma işləri həyata keçirilib.
“İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Görülən tədbirlər başa çatdırıldıqdan sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançaların tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və obyektlər istismara qəbul edilib”,- deyə məlumatda qeyd olunub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...