"Azercell" Bakının Qara Qarayev prospektində yeni ofis açıb
Texnologiya
4 Oktyabr 2017 16:56

"Azercell" Bakının Qara Qarayev prospektində yeni ofis açıb


Bakı. 4 oktyabr. REPORT.AZ/ Abunəçilərinin operativ və keyfiyyətli xidmətlərdən istifadəsini təmin etmək üçün ölkə boyu yeni konsepsiyalı ekslüziv ofislərinin sayını artıran "Azercell Telecom" MMC daha bir mağazasının açılışını edib.
Bu barədə "Report"a şirkətdən daxil olan məlumatda bildirilir. 
Məlumata görə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 30\42 ünvanında istifadəyə verilmiş eksklüziv ofis 121 kv.m ərazidə abunəçilərə xidmət göstərəcək. Ən müasir avadanlıqla təchiz olunan bu ofis unikal "Nordic" konsepsiyasına uyğun olaraq qurulub.
"Mağazanın xüsusi özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olacaqlar. Bu ofisdə Müştəri Xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur (izahlı qaimə və addan-ada əməliyyatları istisna olmaqladigər). Burada abunəçilər, həmçinin, mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuarlar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər",- deyə məlumatda qeyd edilib. 
Qeyd edək ki, ilk fəaliyyəti günündə "Azercell Telekom" şirkətinin prezidenti Vahid Mürsəliyevlə yanaşı, həm də "Telia" şirkətinin Avrasiya regionu üzrə prezidenti Emil Nilson da mağazaya baş çəkərək müştərilərin rahatlığına yönələn bu təşəbbüsü yüksək qiymətləndiriblər. 
"Yeni ofislərinin açılmasında "Azercell" şirkətinin əsas məqsədi 4,5 milyonluq abunəçi ailəsinə yüksək səviyyəli xidmət göstərməkdir. "Azercell" abunəçiləri bu ofislərə müraciət edərək, yaranan problemləri həll edə, arzuladıqları xidmətlərə qoşula və onları maraqlandıran suallara cavab ala bilərlər", - deyə məlumatda əlavə edilib. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...