Fədayə Laçından Tacirə sərt sözlər
Digər
4 Oktyabr 2017 17:02

Fədayə Laçından Tacirə sərt sözlər


Müğənni Tacir Şahmalıoğlu bir zamanlar duet ortağı olan həmkarı Fədayə Laçınla sevgili olması barədə şayiələrdən danışıb.

Metbuat.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan ifaçı bir neçə il öncə söylədiyi, “Fədayə ilə münasibətim olub” sözlərinə aydınlıq gətirib. 

"Mənim ailəm var, balalarım var. Ailəmin bir tükünü milyon insana dəyişmərəm. Duet ortaqlığı belədir ki, biz məcburən bir yerdə olurduq. Bir yerdə olanda deyirlər ki, sevgili həyatı yaşayırlar. Bəlkə də, Fədayə xanım mənim sevirmiş, mənim bundan xəbərim olmayıb. Fədayə xanım çox şey deyə bilər. Mən onunla sevgili olmamışam. Sevmək? Sevmək ancaq qızla oğlan arasında olur. Qız uşağı olanda olur. O, mənə qədər bir neçə insanla tanış olub. Mən onunla necə sevgi yaşaya bilərəm ki?! Mənim ailəm var”.

Xatırladaq ki, T.Şahmalıoğlu illər öncə ATV-nin “Düz üzünə” verilişində Fədayə Laçınla sevgili münasibətdə olduğunu etiraf etmişdi. 

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Fədayə Laçın bunları deyib:

“15 il öncə olanları Tacir indi nəyə görə yenidən açıb-tökür. Mənim böyük yaşda oğlum var, onun ərlik qızı var. Düşüncəsi olan insan, ailəsinə hörmət edən belə şeylər etməz. İnanmıram ki, Tacir özünə ucuz reklam etmiş olsun. Biz üz-üzə gələndə mənimlə mehriban rəftar edir. Əgər yenidən bu əhvalatı qaldırırsa, ayıbdır vallah... Mən artıq bu olanları unutmuşam. Bir də ki, sevgi qız uşağı ilə cavan oğlan arasında olur? Sevgi elə cavanlara aiddir? Adam var 40-50 yaşında sevgidən dəli olur. Tacir heç bilmir nə danışır.”

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...