Bilik Fondu kolleclərdə mühazirələr keçirib
Ölkə
4 Oktyabr 2017 17:02

Bilik Fondu kolleclərdə mühazirələr keçirib


Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İl boyu bilik" proqramına uyğun olaraq, Bakı Dövlət Sosial-İqtisad Kollecində tədbir keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov tələbələrə “Azərbaycan dövlətinin gənclər siyasəti” mövzusunda mühazirə deyib.

“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamının mahiyyəti barədə ətraflı məlumat verən F.Salmanov gəncliyin öhdəsinə düşən vəzifələrdən danışıb. Gənc alim kollecin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə ona ünvanlanan sualları cavablandırıb.

Daha bir mühazirə isə Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirilib. Biləcəri Mərkəzi Dəmiryolu Xəstəxanasının həkimi Nərmin Abdullayeva tələbələrə “Qızların yetkinlik dövründə üzləşdikləri fizioloji problemlər və onların həlli yolları” mövzusunda mühazirə deyib.

Kollecdə təhsil alan qızlara qadın xəstəlikləri və onların müalicəsi, fizioloji problemlərin yeni texnologiyalardan istifadə etməklə aradan qaldırılması yolları haqqında ətraflı məlumat verilib. İnteraktiv formada keçən mühazirənin sonunda N.Abdullayeva gənclərin şəxsi gigiyena və fizioloji problemlərlə bağlı suallarını cavablandırıb.

Bilik Fondu mütəmadi olaraq, bir sıra idarə, müəssisələrdə dövlət siyasətinin prioritet istiqamətləri barədə maarifləndirici tədbirlər, təcrübəli, peşəkar mütəxəssislərin iştirakı ilə görüşlər, sağlam həyat tərzinin təbliği, hüquqi, iqdisadi, mədəni, sosial, ideoloji maarifləndirmə sahəsində mühazirə və təlimlər təşkil edir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...