Avropa İttifaqı “Amazon”u 300 mln. dollar cərimələyib
İqtisadiyyat
4 Oktyabr 2017 17:11

Avropa İttifaqı “Amazon”u 300 mln. dollar cərimələyib


Bakı. 4 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) “Amazon”u 250 mln. avro (293 mln. ABŞ dolları) cərimələyib. 
“Report”un “CNN News”a istinadən verdiyi məlumata görə, Aİ bu qərarı şirkətin Lüksemburqla qanunsuz vergi sövdələşməsini aşkara çıxardıqdan sonra verib.
Aİ-nin rəqabət siyasəti üzrə ali rəsmisi Marqret Vestaqerin (Margrethe Vestager) sözlərinə görə, Lüksemburq “Amazon”a qanunsuz vergi imkanları yaradıb: “Həmçinin “Amazon”un Avropada son üç rübdəki profisiti vergiyə cəlb edilməyib”.
Açıqlamaya görə, Lüksemburqdan qanunsuz vergi ziyanını ödəmək tələb olunur.
Öz növbəsində, “Amazon” Lüksemburqdan vergidənyayınmaya görə hansısa formada yardım almasını inkar edib: “Beynəlxalq və Lüksemburqun daxili vergi qanunvericiliyinə görə vergilər ödənilib. Komissiyanın mövqeyini öyrənəcəyik və apellyasiya şikayəti də daxil olmaqla öz qanuni mövqeyimizi müdafiə edəcəyik”.
Qeyd edək ki, komissiya araşdırmalar nəticəsində Lüksemburqun qeyd edilən şirkətə 8 il müddətində vergidənyayınmaya kömək etdiyi qərarına gəlib. Faktiki olaraq şirkət iki hissəyə bölünüb. Birinci hissə onlayn şəkildə malları satmaqla məşğul olub, ikincisi isə brend üzrə qonorarları toplamaqla məşğul olub. Vergiləri isə yalnız birinci şirkət toplayıb. Digər şirkət isə korpus şirkəti kimi fəaliyyət göstərib, nə işçisi, nə ofisi, nə də real fəaliyyəti olub.
M.Vestaqer deyib ki, bu, iqtisadi reallıqları əks etdirmir: "Amazon”a eyni kateqoriyalı yerli şirkətlərdən 4 dəfə az vergi ödəməsi üçün şərait yaradılıb”.
Lüksemburq hökuməti isə “Amazon”un əldə etdiyi vergi tənzimlənməsini qanunsuz olmadığını açıqlayıb: “Amazon müvafiq vaxtda vergi qaydalarına uyğun olaraq vergiyə cəlb edilib”.
Qeyd edək ki, komissiya “Amazon”da vergi yayınmaları ilə bağlı araşdırmalara 2014-cü ilin oktyabrında başlayıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...