Xalq artisti Yasin Qarayev: "Bütün yaşlı nəslin aktyorlarını yarımştata keçirirlər"
Mədəniyyət
4 Oktyabr 2017 17:16

Xalq artisti Yasin Qarayev: "Bütün yaşlı nəslin aktyorlarını yarımştata keçirirlər"


Bakı. 4 oktyabr. REPORT.AZ/ "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaşlı nəslin aktyorlarını yarımştata keçirirlər".
Bunu "Report"a teatrın aktyoru, xalq artisti Yasin Qarayev deyib.
Aktyor qeyd edib ki, iş saatlarının azaldılmasının səbəbini özü bilmir: "Bunun səbəbini xırdalaya bilmərəm. Ağaxan Salmanlı, Tariyel Qasımov, Almaz Mustafayeva, Məsumə Babayeva, Sona Babayeva, Rahib Əliyev və s. demək olar ki, bütün yaşlı nəslin aktyorlarını yarımştata keçirirlər. "Koroğlu" dastanında bir məqam var. Koroğlu tüfəngi görəndə qılıncını qınına salır ki, artıq mənlik deyil. Mən hesab edirəm ki, dövranım keçir artıq. Bəlkə də düz fikirləşmirəm. Ancaq mən hələ iş qabiliyyətimi itirməmişəm, tamaşalarda oynayıram. Ay ərzində 3-4 tamaşada çıxış edirəm".
O əlavə edib ki, sosial şəbəkələrdə tez-tez bəzi teatrlarda aktyorların bir-birindən narazılıq etməsi ilə qarşılaşır: "Bizim teatrda belə hallar yoxdur. Belə problemlərin yaşanmaması üçün idarəçilik düzgün qurulmalıdır. Bu isə müdiriyyətdən asılıdır. Ölkədə ən çox heyəti olan teatr Gənc Tamaşaçılar Teatrıdır. Ancaq burada heç vaxt belə söz-söhbətlər olmur. 45 ildir bu teatrda işləyirəm və digər teatrlardan çox təkliflər olub. Ancaq mən bütün adlarımı bu teatda almışam. Bütün uğurlarım bu teatr ilə bağlıdır. Mənə elə gələr ki, burdan getsəm, ailəmi atmış kimi olaram".
"Report" məsələyə münasibət öyrənmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına müraciət edib. Teatrın mətbuat xidmətindən bildirilib ki, Gənc Tamaşaçılar Teatrında yarımştata keçirilmə məsələsi yoxdur: "Təqaüd yaşına çatan aktyorlar ilə müqavilə bağlanır. Bu sırada 15-ə yaxın aktyorumuz var. Bu aktyorlarla müqavilələrimiz var və hər il o müqavilə yenilənir. Bu ilin sentyabr ayında yaşı 65-i keçmiş sənətçilərlə müqavilələrimiz imzalanıb və onlar mütəmadi öz əmək haqqlarını alırlar.Təqaüddə olan aktyorların teatrda tamaşaları var və aktyorlarımız hər zaman tamaşaçı qarşısına çıxırlar" . 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 21 oktyabr

Astroloji proqnoz - 21 oktyabr

21 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...