"Azəriqaz": İsitmə mövsümünədək "Azəristiliktəchizat"la bağlı bütün problemlərin həllinə çalışırıq
İqtisadiyyat
4 Oktyabr 2017 17:21

"Azəriqaz": İsitmə mövsümünədək "Azəristiliktəchizat"la bağlı bütün problemlərin həllinə çalışırıq


Bakı. 4 oktyabr. REPORT.AZ/ "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İB-yə olan borcu ötən illərdən yığılıb qalmış debitor borclardır. Müraciət daxil olduqda ilk növbədə borcu olmayan qazanxanalara qazın verilişi təmin olunacaq”.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən “Report”un müvafiq sorğusuna cavabda bildirilib.
Qeyd olunub ki, “Azəriqaz” yaranmış borcun ödənilməsi ilə əlaqədar "Azəristiliktəchizat" ASC-yə bu gün də yazılı müraciətlər edir. “Çalışırıq ki, isitmə mövsümü başlayana kimi bütün problemlər öz həllini tapsın. “Azəriqaz”ın aldığı təbii qaz üçün ödəniş etdiyini, həmçinin aldığı təbii qazın satışını və paylanmasını həyata keçirən qurum olduğunu nəzərə alsaq, debitor borcların ödənilməsinin nə qədər vacib olduğunu görərik. Çünki satılan təbii qazdan gələn gəlir işçilərin əmək haqlarının ödənilməsi, qazpaylayıcı şəbəkədə təmir işlərinin aparılması və qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılmasına yönəldilir”, - deyə qurumdan əlavə olunub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...