"Fənərbağça" dünya ulduzunu heyətinə qatır
İdman
4 Oktyabr 2017 18:14

"Fənərbağça" dünya ulduzunu heyətinə qatır


"Fənərbağça" yeni transferlər etməyi düşünür.

Milli.Az xəbər verir ki, İsmayıl Köybaşı və Həsən Əli Kaldırımdan gözlənilən nəticəni ala bilməyən klub rəhbərliyi müdafiənin soluna yeni namizəd tapıb.

İstanbul klubunun "Mançester Yunayted"in hollandiyalı ulduzu Deley Blind üçün danışıqlara başladığı iddia edilir.

Müqaviləsi mövsümün sonunda bitəcək olan Blind üçün "Fənərbağça" yanvar ayında ingilis nəhənginə az miqdarda pul ödəyərək oyunçunu icarə əsasında öz heyətinə qatmaq istəyir. Mövsümün sonunda isə oyunçunu uzun müddətli müqavilə ilə komandaya qatmaq planlarını qurur.

Qeyd edək ki, ulduz oyuncu 2014-cü ildə "Ayaks"dan "Mançester Yunayted"ə 17,5 milyon avro qarşılığında transfer olunub. 27 yaşlı futbolçu bu mövsüm yeddi matçda iki məhsuldar ötürmə ilə yadda qalıb.

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...