Zahid Oruc: "Azərbaycan əleyhinə yazı yazanların böyük əksəriyyəti ölkəmizdə br dəfə də olmayıb"
Digər
4 Oktyabr 2017 18:28

Zahid Oruc: "Azərbaycan əleyhinə yazı yazanların böyük əksəriyyəti ölkəmizdə br dəfə də olmayıb"


“Azərbaycan da Qərb mediası kimi internet üzərindən televiziya yaratsa, məsələn, “Qarabağ” adlı kanal açsa və yerli kanallarda ölkə daxilində baş verən hadisələri bir neçə xarici dildə beynəlxalq müstəvidə yayımlasa, istər-istəməz müəyyən auditoriya toplamış olar. Bununla da Qərb mediası əleyhimizə təxribat xarakterli yazılar verməkdə tərəddüd edər”.

Bu sözləri Qərb mediasında Azərbaycanda cinsi azlıqların sıxışdırılması ilə bağlı yayılan iddialara münasibət bildirən millət vəkili Zahid Oruc deyib.

Publika.az-a danışan millət vəkili bildirib ki, biz müsəlman olsaq da, dünyəvi baxışa malik, demokratik ölkədə yaşayırıq və Azərbaycanda heç kimə, xüsusi olaraq, cinsi azlıq mənsublarına qarşı təzyiq qətiyyən yoxdur:

“Hər bir ölkədə olduğu kimi, bizim də ölkədaxili inzibati qaydalarımız var və bunlara riayət olunmalıdır. Qərb üçün bu normal haldır. Onlar bu mövzunu çox rahat şəkildə qəbul edə bilirlər. Lakin bizim millət illərdir özünə xas mental dəyərlər ilə yaşayıb. Qərb bu vəziyyəti bizə təzyiq etməklə yeridə bilməz. Azərbaycanın bayrağında belə İslamın simvolu var.

Heç bir halda dövlət cinsi azlıqlara qarşı xüsusi təqiblərə yol verməyib. Cinsi çoxluqların üzərində ictimai öhtəliklər olduğu kimi, cinsi azlıqların da müəyyən öhtəlikləri var. Sözügedən hadisələr məhz bu ictimai asayişin pozulmasından dolayı baş verib. Qanun hər kəs üçün qanundur və hər kəsin ictimai mühitdə zəruri əxlaqi normalara riayət etməsi vacibdir. Ümumilikdə bu mövzuya Azərbaycanda kifayət qədər adekvat yanaşılır. Ümumiyyətlə Qərb mediası bizim əleyhimizə tarix boyu yazılar yazıb. Onlar arasında Azərbaycan və Ermənistan arasındakı ərazi mövzusuna toxunulurmu? Xeyr. Çünki Qərb heç vaxt Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinə dəstək verməyib, verməyəcək də. Ancaq məsələ bu kimi önəmsiz mövzular olduqda, qabardılır. Ümumi götürəndə hamısına Qərb mediası deyirik. Amma nəzərə alın ki, o yazıları yazanların böyük əksəriyyəti ömründə bir dəfə də Azərbaycanda olmayıb, ölkəmizdəki vəziyyəti görməyib”.

Millət vəkili bildirdi ki, Azərbaycanda cinsi azlıqlar daş-qalaq edilməyib, sadəcə müxtəlif ərazilərdə toplu şəkildə inzibati qayda pozuntusuna yol verən bir qrup şəxs saxlanılaraq, məsuliyyətə cəlb olunub. Burada qeyri-adi heç nə yoxdur, sadəcə bu şəbəkələşmiş bir fəaliyyətin nəticəsidir:

“Ölkə olaraq, bu kimi faktların üzərinə çox getmək də doğru deyil. O ki qaldı faktların son dərəcə təhrif olunmuş formada dərc olunmasına, bu da bir təzyiq növüdür. Amma biz Şərq ölkəsi olduğumuz üçün bu kimi mövzuları və o cür düşüncəni dəstəkləyən şəxsləri asanlıqla həzm edə bilmərik. Açığı Avropa bizdən də bənzər qanunların qəbul olunmasını istəyə bilər. Lakin bizim dinimizdə, inancımızda ailə müqəddəsdir. Cəmiyyətin ən təməl strukturudur və ailə münasibətləri kişi ilə qadın arasında formalaşır. Cəmiyyətdə davamiyyət də buna bağlıdır.

Ortaya bir sual çıxır. Azərbaycan Qərbin ona qarşı media üzərindən yürütdüyü siyasətin qarşısını necə ala bilər? Parlamentin payız sessiyasının ilk iclasında bu mövzuya fikir bildirmişəm. Qeyd etdim ki, Avropa birliyi ötən ilin noyabr ayında xüsusi bir akt qəbul edib. Hansı ki, o sənədin adını oxusanız, düşünərsiz ki, 1960-70–ci illərdir. “Üçüncü ölkələrin təbliğatına qarşı mübarizə” haqqında akt qəbul edib və bunun üçün bir neçə informasiya orqanı təklif edilib. Məqsəd Raşatutri və Sputnik şəbəkəsinə zərbə vurmaqdır. Bu o deməkdir ki, 742 milyonluq Avropa qitəsi və informasiya məkanında güclü agentliklərə sahib olan Qərb camiəsi, bir Raşatutri şəbəkəsinin təbliğatından narahatdır. Belə olan halda Azərbaycan nə etməlidir? Azərbaycan ölkə daxilində gedən informasiyaları fərqli dillərdə dünya mediasına çatdırmaq üçün xüsusi peyklərdən istifadə etməlidir. Almaniya, Belçika və digər ölkələrdə informasiya vasitələrinin yaradılmasına çox ciddi ehtiyac var. Qərbin maliyyələşdirdiyi və internet üzərindən yayımlanan bir çox informasiya vasitələri Azərbaycan haqqında siyasi fikirlər yürüdür. Yaxşı olardı ki, Azərbaycan öz lobbi maraqlarını həyata keçirtmək üçün atdığı addımları gücləndirsin. Belə olan halda Azərbaycan əleyhinə bu tip təxribat xarakterli hərəkətlərin qarşısı alınar”.

Könül Cəfərli

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...